Sarkisyanla Putin – - 32

sarkisyanla-putin-
Oxunma sayı: 1240

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin hazırladığı statistikada bildirilir ki, Sarkisyan prezident postuna seçiləndən sonra 32 dəfə Moskvaya iş səfəri və rəsmi səfərlər edib. Onun Brüssel, Vaşinqton, Pekin, ABŞ, Gürcüstan və İrana etdiyi rəsmi səfərlər Moskvaya etdiyi səfərlərdən iki dəfə azdır. Bu barədə “Aykakan Jamanka” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Ermənistan prezidenti qərbyönümlü olsa da, onun Moskvaya etdiyi səfərlər Ermənistanın ilk prezidentinin, eləcə də Rusiya qubernatorlarının səfərlərindən xeyli çoxdur. Bu da onun Rusiyayönümlü olduğunun bariz nümunəsidir.