Saxtakar MMC

saxtakar-mmc
Oxunma sayı: 643

“Araşdırma zamanı bilinib ki, müəssisə sertifikatlaşdırılmamış məhsullar istehsal edir, ölçü vasitələrinin işlədilməsi qaydaları pozulur, ölçmə vasitələri heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib, eyni zamanda normativ sənədi olmadığı halda qeyri-qanuni olaraq məktəbli forması istehsal (realizə) olunur.

Müəssisənin istehsal olunan məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsinin olmadığı da müəyyən edilib.

Aşkar olunmuş bu və digər nöqsanlara görə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 4000 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin “Bakı Tekstil Fabriki” MMC-yə məktəbli formasının istehsalı, satılması və realizə olunmasını qadağan edən tələbnamə verilib”.