Səbail İcra Hakimiyyəti prezidentə müraciət ünvanladı

sebail-icra-hakimiyyeti-prezidente-muraciet-unvanladi
Oxunma sayı: 2452

Səbail Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə Səbailliləri təbrik edib.
 
Daha sonra natiq Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxunub, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr və konret tapşırıqlar haqda məlumat verib. 

İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev rayonda 2018-ci ilin birinci rübünün yekunlarından danışaraq qeyd edib ki, 3 ay ərzində rayonun iri sənaye müəssisələri tərəfindən 7 milyard 319,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 1,4 faiz artıb.

3 ayda bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 191.5  milyon manat, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 775,3 milyon manat təşkil edib. 

Hesabat dövründə Səbail rayonu ərazisində 1438  yeni iş yeri açılıb. 

Qeyd olunmuşdur ki, hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin, 2 yeni mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir. 

Yığıncaqda çıxış edənlər yerli  infrastruktur layihələrinin icra olunması və sahibkarların fəaliyyətinə köməklik göstərilməsi, məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görülməsi,  nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri və digər məsələlərlə bağlı sakinləri narahat edən suallar cavablandırılıb.

Sonda prezident İlham Əliyevə müraciət qəbul olunub.