Səbail rayonunda daha bir uşaq bağçasının təmiri başa çatıb

sebail-rayonunda-daha-bir-usaq-bagcasinin-temiri-basa-catib
Oxunma sayı: 949

Səbail rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu iki orta məktəblərə bitişik ərazidə yerləşən 332 saylı Körpələr evi-uşaq bağçasının mövcud vəziyyəti və burada tərbiyə alan uşaqların sayı nəzərə alınaraq Səbail rayon İcra Hakimiyyəti tərəfindən həmin körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılıb. Təmir zamanı ümumi sahəsi 1200 kv. metr olan 2 mərtəbəli bağçanın fasadı yenidən qurulub, pilləkənlər yenilənib, rəngləmə işləri aparılıb, istilik təminatı həll olunub.

Hazırda bağçada 8 qrupda 1 yaş yarımdan 6 yaşa kimi 155 uşaq tərbiyə alır. Uşaqlara 19 pedaqoci və 20 texniki işçilər xidmət göstərir.

Təmir işlərinin sona çatması münasibətlə bağçada Səbail rayon rəhbərliyi, rayonun təhsil ictimaiyyətinin nümayəndələri, pedaqoji işçilər, bağçada tərbiyə alan uşaqların valideynlərinin iştirakı ilə böyük bayram tədbiri təşkil olunub.

Bayram tədbirində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov uşaqları, onların valideynlərini, bağça kollektivini bu məktəbəqədər tədris müəssisəsinin təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə təbrik edib, uşaqlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb.

Nigar Məmmədli