Səbailin icra başçısı 9 ayın hesabatını verdi

sebailin-icra-bascisi-9-ayin-hesabatini-verdi
Oxunma sayı: 1215

Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edib. Bu ilin əvvəlindən ölkədə 100-ə yaxın məktəb, 27 tibb oçağının tikildiyini bildirən icra başçısı bildirib ki, İlham Əliyevin hakimiyyəti sosial yönümlüdür və maarifçi xarakter daşıyır. 

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci ilin doqquz ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar və mövcud problemlər və onların aradan qaldırılması yolları barədə məlumat verib. Qeyd olunmuşdur ki, 9 ay ərzində iri sənaye  müəssisələri tərəfindən 17 milyard 707,7 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 0,6 faiz artıb.

Tədbirdə Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovaya «Dövlət qulluğunda fərqlənməyə görə» medalı  təqdim olunub.