Şəbnəm Tapdıqın ad iddiasına - - Cavab

sebnem-tapdiqin-ad-iddiasina-
Oxunma sayı: 4368


"Qafqazinfo" xəbər verir ki, agentlikdə əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli “a24.az”a açıqlamasında deyib ki, qurumda ad-təxəllüslərlə bağlı qeydiyyat aparılmır və bu Nizamnamədə nəzərdə tutulmayıb: 

“Dizayn, qeyri-adi firma loqosunu qeydiyyatdan keçirmək mümkündür. Amma ad və təxəllüsün qeydiyyatı Agentliyin praktikasında yoxdur. Belə qeydiyyat heç zaman aparılmayıb. Müğənnilər arasında da belə addım atan olmayıb. Ancaq onların ifa etdikləri musiqilərin fonoqramlarının qeydiyyatı aparılır”.

Qeyd edək ki, ANS TV-də yayımlanan “Adam içində” verilişində Şəbnəm Tapdıq iddia edib ki, Azərbaycanda ilk dəfə bu ad ona verilib və o, adını dövlət qeydiyyatından keçirib.