Seda Sayanla millət vəkili arasında- - Qalmaqal

seda-sayanla-millet-vekili-arasinda-
Oxunma sayı: 1618


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Söylemezsem olmaz” proqramına zəng edən  Sayan onu tənqid edən CHP millət vəkili Aylin Nazlıakanı tənqid edib:

“Çox böyük haqsızlıq edilir. Məni niyə bu qədər tənqid etdiklərini bilmirəm. Mənim alnım açıqdır, vicdanı rahat yatıram. Mənim faydamdan çox zərərim ola bilməz.  CHP millət vəkili Aylin Nazlıaka proqramı izləmədən ortalığı vəlvələyə verdi. Məni vuran yenə bir həmcinsimdir. Məclisdə ayaqqabı atmağa çalışaraq və botokslarıyla məşhur olmuş bir vəkil necə belə bir qaralama kampaniyası edər? Zəng vurdum və "Hörmətli vəkilin qadınlarla bağlı söylədikləri ilə həmfikirəm" dedim. Amma mən sözümü bitirə bilmədim. Məni dinləmək məcburiyyətindədir. Sənin maaşın mənim vergilərimlə ödənir. Belə bir şey etmədən əvvəl mənə zəng etməliydi”.

Qeyd edək ki, Nazlıaka 5 dəfə evlənib iki həyat yoldaşını öldürən kişini yayıma çıxaran Seda Sayanın verilişini “RTÜK”ə  şikayət etdiyini bildirmişdi.