Şəkidə 4 yaşlı qız müəmmalı şəkildə ölüb

sekide-4-yasli-qiz-muemmali-sekilde-olub
Oxunma sayı: 2061

Bu gün səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 2013-cü il təvəllüdlü Natavan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, ağır vəziyyətdə olan 4 yaşlı Natavan Cabbarova valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
 
MRX-dan APA-ya bildirilib ki, Natavan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.