Şəkidə 45 yaşlı qadın meyidi tapılıb

sekide-45-yasli-qadin-meyidi-tapilib
Oxunma sayı: 1031


“Qafqazinfo” xəbər verir ki,Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, bina 168 a, mənzil 3-də qeydə alınıb. 

Hadisə yerinə Şəki ŞRPŞ-nin və Şəki rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.  Mənzilin mətbəxində aşkarlanan qadın meyitinə  baxış  zamanı məlum olub ki, cəsəd  Şəki şəhər sakini, 1969-ci il təvəllüdlü Paşayeva Səlfinaz Həmid qızına məxsusdur.

45 yaşlı S. Paşayevanın dəqiq hansı səbəbdən ölməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, Paşayeva evdə tək yaşayırdı. Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.