Şəkidə toyda bıçaqlanma

sekide-toyda-bicaqlanma
Oxunma sayı: 1560

Şəkidə keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Şəkinin Üzümçülük savxozunda qeydə alınıb.

Belə ki, İsmayıllı sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Şükran Sahib oğlu Şəkinin Üzümcülük savxozuna toya gəlib və orada münaqişə zamanı bıçaqlanıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hazırda onun üzərində cərrahiyə əməliyatı aparılır.

Faktla bağlı araşdırma başlanıb.

Mübariz Məmmədov