“Seksi oğlanla hovuza girdi”- - Rəqsanə Türk mediasında

seksi-oglanla-hovuza-girdi-
Oxunma sayı: 24712


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, bugünkü qəzetlərdə “Biskolata oğlanı ilə hovuza girdi” başlıqlı yazılar yayımlanıb. Məqalədə bunlar qeyd edilib: 

“Azərbaycanın tanınmış müğənnisi Rəqsanə Türkiyədə ilk klipini çəkib. Sənətçi “Biskolata” reklamı ilə məşhurlaşan ispaniyalı model Karlos Martinlə “Alma məndən gözlərini” adlı mahnısını ekranlaşdırıb. Teoman Topçunun çəkdiyi klipdə Karlos və Rəqsanə 9 ton su olan hovuza girib. Onların yaxınlaşması və sevgisini izah edən görüntülərin yer aldığı ekran işi bir günə lentə alınıb”. 

R.İsmayılova ikinci klipini türkiyəli ifaçı Selami Şahinin bəstəsinə çəkəcəyini vurğulayıb: 

“Bir mahnım var, musiqisi özümündür. Sözlərini isə Selami Şahin yazacaq. Gələcəkdə onunla duet də planlaşdırırıq”.