Səudiyyə neft hasilatını əvvəlki vəziyyətinə qaytardı

seudiyye-neft-hasilatini-evvelki-veziyyetine-qaytardi
Oxunma sayı: 1217

“Səudiyyə Ərəbistanı neft hasilatını operativ şəkildə əvvəlki vəziyyətinə qaytara bilib”.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, bunu Energetika naziri Əbüdl Əziz ben Salman deyib: “Hazırda neft dronların zavodlara hücumunadək olan səviyyədə istehsal olunur. Hasilat bu gün günorta bərpa edilib”.

Nazirin sözlərinə görə, “Saudi Aramco” şirkəti hücumlara baxmayaraq, müştəriləri qarşısında vəzifələrini yerinə yetirəcək.