Səudiyyədə ilk dəfə qadınlara sürücülük vəsiqəsi verildi - Foto

seudiyyede-ilk-defe-qadinlara-suruculuk-vesiqesi-verildi
Oxunma sayı: 1472

Səudiyyə Ərəbistanında ölkə tarixində ilk dəfə olaraq qadın sürücülük vəsiqəsi alıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadının fotosunu yol polisi paylaşıb. Sənədlər qadına alqış sədaları altında təqdim olunub. 

Xatırladaq ki, Səudiyyə kralı Salman ibn Əbdüləziz əs-Saud 2017-ci ilin sentyabrında qadınların avtomobil idarə etməsinə qoyulan qadağanı aradan qaldırmışdı. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların maşın sürməsinə 1990-cı ildən icazə verilmirdi.