Səudiyyədən Yəmənə növbəti hücum - 7 ölü var

seudiyyeden-yemene-novbeti-hucum
Oxunma sayı: 718

Səudiyyə Ərəbistanı təyyarələri Yəmənin Amran qəsəbəsini bombalayıb.

“Qafqazinfo” “Rasthaber”ə istinadən xəbər verir ki, hücum nəticəsində 7 sakin ölüb.

Yaralıların sayı barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, 3 ildir S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənə hücumu davam etdirir. Bu vaxta qədər 13 min nəfər ölüb, 20 mindən çox insan yaralanıb.