Sevgilisi Sılanı döyüb - Ayrılığın şok səbəbi

sevgilisi-silani-doyub
Oxunma sayı: 1639

Türkiyənin pop ulduzu Sıla ilə aktyor sevgilisinin ayrılma səbəbi ortaya çıxıb. “Qafqazinfo” xəbər verir ki, Sılanın aktrisa-model Dilan Çiçekin eks-sevgilisi Okan Can Yantırla görüşməsindən sonra cütlük arasında böyük mübahisə yaranıb. 

Sevgilisini qısqanan Ahmet əsəbilərini cilovlaya bilməyib və Sılaya sillə vurub. Qadın zorakılığına qarşı çıxan, dəfələrlə bu mövzuda açıqlamalar verən müğənni sevgilisinin bu addımını qəbul etməyib və onunla ayrılmaq qərarına gəlib. 

Kural əməlindən peşman olsa da, Sıla yaxınlarına barışmayacağını deyib.