Sevgilisinə döyüldüyünü etiraf etdi

sevgilisine-doyulduyunu-etiraf-etdi
Oxunma sayı: 1215

51 yaşlı “Playboy” ulduzu Pamela Anderson ayrıldığı 33 yaşlı Adil Rami tərəfindən şiddətə məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, əvvəlcə xəyanətə düçar olduğunu qeyd edən Pamela döyüldüyünü etiraf edib. 

Aktrisa söyləyib ki, Adil onun əlinə zərbələr endirib və sümüyü çatlayıb. Anderson altı ay ağrılara dözdüyünü, daha sonra xəstəxanaya getdiyini söyləyib. 

“Təxmin edə bilməyəcəyiniz bir şəkildə şiddətə məruz qalmışam. Ondan qaçmaq istədim, maşın tərəfə getdim. Amma açarları zorla əlimdən aldı. Hər zaman həyatımı idarə etməyə çalışırdı. Kişilərin olduğu məkanlara belə gedə bilmirdim, icazə yox idi”- deyə Pamela bildirib.