Şeyxülislam zəvvarların təhlükəsizlik məsələsini müzakirə edib

Şeyxülislam zəvvarların təhlükəsizlik məsələsini müzakirə edib
Oxunma sayı: 134

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə bildirib ki, İdarənin sədri şeyxülislam hacı Allahşükür Paşazadə İrana səfəri zamanı bu ölkənin daxili işlər naziri Məhəmməd Nəccarla görüşüb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərlə yanaşı, bu il həccə gedəcək zəvvarların təhlükəsizliyi, sərhəd-keçid məntəqələrindən problemsiz keçməsi ilə bağlı danışıqlar aparılıb.

Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, həcc karvanları oktyabrın 25-26-dan yola düşəcəklər.

Azərbaycandan bu il 2 min zəvvarın həccə getməsi gözlənilir. Onlardan 1300 nəfərə yaxını 40-41 ədəd avtobusla yola düşəcək. Zəvvarlarımız Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər.

QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi