“Şiə və süni məzhəbləri arasında münaqişə istəyirlər”

sie-ve-suni-mezhebleri-arasinda-munaqise-isteyirler
Oxunma sayı: 3158


Hacı Mirəziz “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Hacı Salman QMİ-nin birinci müavinidir, müftidir:  İnanmıram, o tapşırıq versin ki, bu fətvalar oxunmasın. 

Çünki birbaşa Hacı Salman özü bu işlə məşğuldur. Biz fətvanı hazırlayanda tək hazırlamırıq. Elə Salman özü də orda iştirak edib. Əlavə 23 qazi orda iştirak edib. Bu söhbətlər ancaq təxribat ola bilər. Hacı Salman heç vaxt deməz ki, fətva oxunmasın. İkincisi də bizim aramızda heç bir başqa münasibət ola bilməz. Bu təxribatdır. Ona görə ki, Hacı Salman müfti olaraq  sünni məzhəblərinin böyüyüdür . Onun şiə məzhəbi ilə guya münaqişə söhbətini yaratmaq üçün bu işləri kimsə yazıb  göndəribsə, onlar bu işlə fəxr edirlər. Hacı Salman indiyə qədər belə bir münaqişə yaratmayıb. Bundan sonra da inanmıram ki , belə bir şey yaransın”.

Hacı Mirəziz qeyd edib ki, Hacı Salmanla  aralarında şəxsi və idarəçilik münasibətləri də yaxşıdır: “Çünki biz bir məqsəd uğrunda vuruşuruq. Ona görə də bu kim tərəfindən yayılıbsa, növbəti bir təxribatdır. Ona görə də insanlar belə şayiələrə uymasınlar. Fətvalar da bütün məscidlərdə oxunub. Bizə bu barədə xəbər veriblər. Mümkün deyil ki, həmin məscdilərin axundu, imamı o xütbəni oxumasın. Çünki bu fövqəladə vəziyyətdə yaranan xütbədir”.

Günel