Şiələrin qətliamı etirazla qarşılandı

sielerin-qetliami-etirazla-qarsilandi
Oxunma sayı: 1046


İslamazeri.az “PressTV”-yə istinadən xəbər verir ki, minlərlə yəmənli paytaxt Səna şəhərində ölkənin təhlükəsizlik qüvvələri tərəfindən şiələrin qətlə yetirilməsinə etiraz olaraq aksiya keçiriblər.

Kütləvi etiraz aksiyası bazar günü keçirilən aksiya zamanı şiə yönümlü “əl-Husi” hərəkatının 10 üzvünün təhlükəsizlik qüvvələri tərəfindən qətələ yetirilməsinə etiraz məqsədilə təşkil edilib.

Qeyd edək ki, həmin aksiya zamanı digər 38 nəfər də yaralanmışdı. Etirazçılar təhlükəsizlik qüvvələrinin qəddarlığını tənqid edərək hökumətdən bu cinayətləri törədənləri cəzalandırmağı tələb ediblər.