Şimali Koreya Rusiya gəmisini ələ keçirib - 17 dənizçi ilə birlikdə

simali-koreya-rusiya-gemisini-ele-kecirib
Oxunma sayı: 1953

Şimali Koreya Rusiyaya məxsus  balıqçı gəmisini ələ keçirib.

"Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Şimal-Şərq Balıq ovu Şirkətinin direktor müavini Sergey Sedler bildirib. Onun sözlərinə görə, gəmidə 17 dənizçi olub. Onlardan 15-i Rusiya, 2-si Cənubi Koreya vətəndaşıdır. Hadisə iyulun 17-də dənizdə ov zamanı baş verib.

Konsulun dənizçilərlə görüşməsinə yalnız iyulun 23-də icazə verilib. Əlverişsiz hava şəraitində saxlanılan dənizçilər hər gün iki dəfə sorğu-sual edilir.