Şimali Koreyadan bu dəfə içki və musiqi qadağası

simali-koreyadan-bu-defe-icki-ve-musiqi-qadagasi
Oxunma sayı: 2283

Şimali Koreya lideri Kim Çen İn ölkədə spirtli içki və musiqinin olduğu bütün tədbirlərə qadağa qoyub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təzyiqin artdığı ölkədə 5 ay əvvəl də pivə festivalı qadağan edilmişdi. 

Qadağaları nəzərdə tutan qanunların ABŞ tərəfindən tətbiq edilən yeni iqtisadi sanksiyalar qarşısında xalqı nəzarətdə saxlamaq məqsədi daşıdığı bildirilir.