Siqaretin yaratdığı dəhşətli dəri xəstəlikləri

Siqaretin yaratdığı dəhşətli dəri xəstəlikləri
Oxunma sayı: 1153

9 Fevral Ümumdünya Siqaretdən İmtina Günü çərçivəsində mütəxəssislər bir sıra xəbərdarlıq veriblər. Bu xəbərdarlıqlarda bildirilir ki, bir çox xəstəliklərə səbəb olan siqaret həm də çox ciddi dəri xəstəliklərinə də yol açır.

“Qafqazinfo” Medicina.az-a istinadən xəbər verir ki, tütün məmulatlarının zərərli maddələri həm birbaşa olaraq, həm də dolayı yolla, yəni qan dövranı vasitəsilə dəridə xəstəliklərə səbəb olur. Alimlər siqaretin filterindəki və kağızındakı maddələrin ekzemaya səbəb olduğunu deyir.

Həmçinin, gündəlik siqaret istifadəsinin miqdarının çoxaldılması ilə sədəf xəstəliyinin şiddəti artır, əl-ayaq tutulması baş verir. Bundan başqa, tük köklərini bəsləyən damarlarda büzüşmə yaranaraq saçların tökülməsinə də səbəb olduğu bildirilir.

Siqaretin kanserogen təsirinin dəri xərçənginə də yol açdığı bildirilir. Əsasən də genital və anus bölgəsində olan hüceyrələrdə xərçəng yaranması faktı siqaretlə birbaşa əlaqəlidir. Bundan əlavə siqaret çəkən qadınlarda ən təhlükəli xərçəng növü olan melanoma və ağız içi xərçənginə də tez-tez rast gəlinir.

Çox siqaret çəkən kişilərin bığları və dırnaqları, qadınlarda isə yalnız dırnaqları sarımtıl rəng alır. Siqaret tərgidilən kimi dırnaqlar normal rəngdə uzanmağa başlayır ki, bu zaman dırnaqlarda xəttə əmələ gəlir. Diş əti, dil, ağızda rəng dəyişməsi də müşahidə edilir.

Siqaret çəkən insanlarda vaxtından əvvəl və sürətli qocalma əlamətləri müşahidə edilir. Üzdə olan sümüklərin boz rəng alması səbəbindən üzün rəngi dəyişir.  Siqaret tüstüsünün təsiri ilə dərinin nəmliyi azalır, qırışlar əmələ gəlir. Günəş şüaları dəyən hissələrdə bu əlamətlər özünü daha tez büruzə verir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi