Şirkətdə asılmış meyit tapıldı

sirketde-asilmis-meyit-tapildi
Oxunma sayı: 649

Bakıdakı şirkətlərin birində asılmış meyit tapılıb. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, İsmayıllı rayon sakini 43 yaşlı Səlim Bayramov Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən şirkətin ərazisində özünü asıb.

Onun asılmış meyiti şirkətin həyətindəki yarımçıq tikilidə aşkarlanıb.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.