Şirvanda “Ford” 4 yaşlı uşağı vurub

sirvanda-ford-4-yasli-usagi-vurub
Oxunma sayı: 1465

Şirvanda yük maşını azyaşlı uşağı vurub.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, hadisə M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.
 
Hərəkətdə olan “Ford” markalı, “18 BE 990” dövlət nömrə nişanlı yük avtomobili 2014-cü il təvəllüdlü İbadov Sinan Elşən oğlunu vurub.
 
Ağır kəllə-beyin travması alan azyaşlı Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.