Siyəzəndə ev, Bərdədə maşın yandı

siyezende-ev-berdede-masin-yandi
Oxunma sayı: 782


“Qafqazinfo”nun  verdiyi xəbərə görə, yanğın Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan ikiotaqlı mənzildə baş verib. Nəticədə evin mətbəxində 4 kv.m sahədə tavan və pəncərə çərçivəsi qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Bərdə şəhərində isə vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.