Sosial mediada qəribə rekord - “Ginnesin Rekordlar Kitabı”na düşdü

sosial-mediada-qeribe-rekord
Oxunma sayı: 2382

Son zamanların ən məşhur musiqi qruplarından olan Cənubi Koreyanın BTS qrupu sosial mediadakı uğuruna görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, qrupun tvitterdə paylaşdığı hər status orta hesabla 252 min dəfə “retweet”, yəni təkrar istiqamətləndirmə edilir.

Bu da sosial mediada yeni rekord kimi tarixə düşüb.

Bundan öncəki rekord isə “One Direction” qrupunun üzvü Harri Staylsa məxus idi. Onun tvitləri orta hesabla 165 min 473 dəfə başqa istifadəçilər tərəfindən paylaşılır.