Ştaynmayer Rusiyaya səfər edəcək

staynmayer-rusiyaya-sefer-edecek
Oxunma sayı: 888

Almaniya Federativ Respublikasının prezidenti Frank Valter Ştaynmayer bu gün Moskvaya işgüzar səfər edəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentiliyi məlumat yayıb.

Məlumata əsasan, səfər zamanı Ştaynmayerin rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək, həmçinin “Memorial” hüquq müdafiə təşkilatına baş çəkəcək.

Bundan başqa, onun SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovla görüşəcəyi, müqəddəs Pyotr və Pavel kilsəsini ziyarət edəcəyi gözlənilir.

 Ştaynmayer son 7 ildə Moskvaya səfər edəcək ilk Almaniya prezidenti olacaq. Sonuncu dəfə 2010-cu ildə Almaniya prezidentlərindən Kristian Vulf  Rusiyaya səfər edib. 

Səfərin işgüzar əlaqələrinin daha da yaxşılaşdıracağı gözlənilir.