Stolüstü tennisçilərimiz Avropa çempionu oldu

stolustu-tenniscilerimiz-avropa-cempionu-oldu
Oxunma sayı: 3376

Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatı keçirilir.

“Qafqazinfo” xəbər verir ki, 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda qızlardan ibarət Azərbaycan stolüstü tennisçiləri finalda Rusiya komandasına qalib gələrək qızıl medal qazanıb. Bu, Azərbaycan stolüstü tennis tarixində ən yüksək nəticədir.

Xatırladaq ki, 2017-ci il gənclərin Avropa çempionatında qızlardan ibarət yığmamız bürünc medal qazanıb.

Çempionat şəxsi yarışlarla davam edir.