Sumqayıtda 8 nəfər seldən xilas olundu

sumqayitda-8-nefer-selden-xilas-olundu
Oxunma sayı: 639

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri Yaşma bağları massivində sel suları səbəbdən bir neçə fərdi yaşayış evləri və onların həyətyanı sahələri su ilə dolmuş, insanlar həmin evlərdə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regionlal Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri göstərilən ünvana cəlb olunmuş, müvafiq qurumlar məlumatlandırılıb.

Keçirilmiş xilasetmə əməliyyatları nəticəsində köməksiz qalan 8 sakin xilas edilib. Əməliyyat saat 23.35-də başa çatıb.