Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyyə olundu

sumqayitda-yasayis-binasinda-yangin
Oxunma sayı: 1476

Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 20 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 5 nəfər (o cümlədən 2 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.