Suraxanıda 50 şam ağacı yandı

suraxanida-50-sam-agaci-yandi
Oxunma sayı: 1352

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində açıq ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.