Suriyada terakt - Ölən və yaralanalar var

suriyada-terakt
Oxunma sayı: 727

Suriyanın şimal-şərqində İŞİD terror qruplşmasının törətdiyi terror aktı nəticəsində onlarla insan ölüb və yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident Hasaka vilayətinin Əbu-Fas yaşayış məntəqəsi yaxınlığında baş verib. Belə ki, üç intiharçı terrorçu özünü avtomobildə partladıb. Ölənlərin arasında çoxlu sayda qadın və uşağın olduğu bildirilir.

“Reuters” agentliyinin məlumatına görə, 50-yə yaxın insan terrorun qurbanı olub.