Sürücü maşını piyada keçidində insanların üstünə sürdü - 6 yaralı

surucu-masini-piyada-kecidinde-insanlarin-ustune-surdu
Oxunma sayı: 1388

Yaponiyanın paytaxtı Tokioda sürücü avtomobili piyada keçidindəki insan kütləsinin üstünə sürüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 6 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən 52 yaşlı sürücünü tutublar. O, polisə ifadəsində qaz və əyləcin yerini səhv saldığını, nəticədə qəza baş verdiyini deyib.