Susuzluğun qarşısını qarpızla alın

susuzlugun-qarsisini-qarpizla-alin
Oxunma sayı: 643

“Qafqazinfo”məlumat verir ki, imsaq və iftar arasında itirilən maye insan orqanizminə mənfi təsir göstərir.

Uzun Ramazan günlərində bədənin maye tarazlığını təmin edən əsas şərtlər bunlardır:

İftarınızı açarkən, ayran və evdə sıxılmış natural şirələrdən için.
Daha çox meyvə və tərəvəzdən istifadə edin. İftarda ağır, yağlı, qızartma kimi qidalardan uzaq durun.

İftara şorba ilə başlayın. Mütləq tərəvəz və meyvələrə iftar süfrənizdə yer verin. Mümkün qədər yeməklər yaxşı çeynənilib udulmalıdır. Ən əsas isə susuzluğa qarşı qarpız yeyin.

Günay