Tailand şahzadəsi müsəlmanlarla birlikdə dua etdi

tailand-sahzadesi-muselmanlarla-birlikde-dua-etdi
Oxunma sayı: 656

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Tailand şahzadəsi Maha Vajiralonqkorn ölkəsində keçirilən “Mübarək doğum” həftəsi ilə bağlı tədbirdə Qurani-Kərim dinləyib, müsəlmanlarla birlikdə dua edib.

Ölkədə baş verən sel fəlakətindən dolayı bu il bir qədər təxirə salınmaqla keçirilən “Mübarək doğum” həftəsində islam peyğəmbərini anma tədbirlərində Tailandın müxtəlif bölgələrindən gələn müsəlmanlar iştirak ediblər. Tədbirin açılış mərasimində iştirak edən şahzadə Vajiralonqkorn və xanımı Srirasmi Axaraponqpreça dünyanın müxtəlif ölkələrindən gəlmiş tanınmış qarelərin ifasında Quran ziyafətinə qonaq olublar.

Məlumat üçün deyək ki, ölkədə Məhəmməd peyğəmbərin anadan olması münasibətilə keçirilən “Mübarək doğum” həftəsi boyu tədbirlərdən sonra bazarlar təşkil edilir.