Taleh Qaraşovun iştirakı ilə 2 min ağac əkildi - Fotolar

taleh-qarasovun-istiraki-ile-2-min-agac-ekildi
Oxunma sayı: 2545

İDEA ictimai birliyinin ağacəkmə təşəbbüsü ölkənin hər yerində olduğu kimi Lənkəranda da geniş vüsət alıb. 

“Qafqazinfo” xəbər verir ki, İctimai birliyin təşəbbüsünə dəstək olaraq Lənkəran ŞİH başçısının 13 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən, oktyabrın 15-dən noyabrın 15-dək rayonda yaşıllaşdırma aylığı elan olunub. Artıq aylıqla bağlı tərtib olunmuş tədbirlər planının icrasına başlanıb.

Tədbirlər planına uyğun olaraq oktyabrın 21-də Lənkəran icra başçısı Taleh Qaraşovun, İcra aparatının məsul işçilərinin, müxtəlif idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin iştirakı ilə şəhərin Heydər Əliyev prospektində, Hava limanı qarşısında və magistral yolun Sutamurdov kəndindən keçən hissəsində növbəti kütləvi ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 2 minədək dəmir ağacı, küknar, xan çinarı və eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılaraq dayaqlarla bərkidilib.

Ağac əkini davam etdirilir