“Tarqovı”da intihar həyəcanı

tarqovida-intihar-heyecani
Oxunma sayı: 1420


Qafqazinfo” xəbər verir ki, “Tarqovı” adlanan ərazidə 32 yaşlı kişi 4 mərtəbəli binanın üstünə çıxaraq özünü atacağını deyib.

 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətin əməkdaşları gəlib. 

Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət nəticəsində intihara cəhdin qarşısı alınıb. Məlum olub ki, özünü öldürmək istəyən şəxs paytaxt sakini 1981-ci il təvəllüdlü Məmmədov Mais Knyaz oğludur. O polis bölməsinə aparılıb. Psixoloji söhbət zamanı məlum olub ki, M. Məmmədov maddi çətinliklər səbəbindən həyatdan bezərək intihar etmək qərarına gəlib.