Tbilisi meri aksiyaçılara səsləndi - “Bizimlə olun”

tbilisi-meri-aksiyacilara-seslendi
Oxunma sayı: 2877

Tbilisi meri Kaxa Kaladze paytaxtda aksiya keçirən etirazçılara müraciət edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, mer gecə klublarında aparılmış əməliyyatlardan sonra parlament binası önünə toplaşan mitinqçilərə müraciətində onları narkotik alverçiləri əleyhinə birgə hərəkata çağırıb:

“Mən birgə mübarizə meydanına çıxmağı və narkotacirlərə qarşı birgə mübarizə aparmağı təklif edirəm. İnanıram ki, bu gün parlament binası qarşısına çıxan və aksiya keçirən gənclər bizimlə bərabər olacaqlar”. 

Xatırladaq ki, ötən gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb. Bu isə etirazların başlanmasına səbəb olub. Aksiyaçılar baş nazir Georgi Kvirikaşvili ilə daxili işlər naziri Georgi Qaharinin istefasını tələb ediblər.