Təhsil Nazirliyində yeni təyinat

tehsil-nazirliyinde-yeni-teyinat
Oxunma sayı: 3546

Təhsil Nazirliyinə aparat rəhbəri təyin edilib.

“Qafqazinfo” “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bu posta aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Muxtar Məmmədov təyin olunub.

Qeyd edək ki, Muxtar Məmmədov Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin yanvar ayından isə aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.