Telefon oğurluğuna görə 3.6 il həbs verildi

telefon-ogurluguna-gore-36-il-hebs-verildi
Oxunma sayı: 679

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Ayaz Babayevin hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Babayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O istintaq zamanı azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub. 

İttihama görə,  A.Babayev ötən il Nəsimi rayon ərazisində yerləşən "Muğan" bağında Xəyyam Qiyasbəylinin yanında əyləşib onunla söhbət edib. Bu zaman X.Qiyasbəyliyə zəng gəlib, lakin o, telefonun kodunu aça bilməyib və onu A.Babayevə verib. A.Babayev də telefonu götürüb oradan uzaqlaşmaq istəyərkən X.Qiyasbəyli onun pencəyindən tutub. A.Babayev onu yumruq təpiklə vurub, hadisə yerindən uzaqlaşıb.

Murad Əhməd