Telekanalın əməkdaşını bıçaqlayan şəxs həbs olundu

telekanalin-emekdasini-bicaqlayan-sexs-hebs-olundu
Oxunma sayı: 634

Dekabrın 10-nu saat 23:30 radələrində Hüseyn Cavid prospektində yerləşən çay evində Bakı şəhər sakini Sənan Qayıblı Nemət Cəfərovun qarın nahiyyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirdiyinə görə Yasamal RPİ CAŞ və 28-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Dekabrın 7-si saat 16:15 radələrində Şüvəlan qəsəbəsində Nigar Kərimovaya məxsus «KİA» markalı avtomaşından şüşəni sındırma yolu ilə 100 ABŞ dolları, sənədlər və çanta oğurlanıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Talıbov dekabrın 10-da tutulub.

Noyabrın 9-na keçən gecə Zığ yolu küçəsində Qəzənfər Muzafarova məxsus «VAZ-21011» markalı avtomaşını qaçıran Bakı şəhər sakini Tural Qasımov Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Nemət Cəfərov ATV-də işləyib.