Temur Abazov azadlığa çıxdı

temur-abazov-azadliga-cixdi
Oxunma sayı: 2449

Gürcüstanın Marneuli rayonunun keçmiş meri, əslən azərbaycanlı Temur Abazov girov qarşılığında azadlığa çıxıb.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hakim keçmiş meri 10 min lari girov qarşılığında məhkəmə zalından sərbəst buraxıb. 

Xatırladaq ki, Abazov bu il iyunun 13-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və təhqiredici davranış faktına görə saxlanılıb. Sentyabrın 5-da Temur Abazova qarşı ittiham bir az da ağırlaşdırılıb. O, şəxsi həyata aid materialların ələ keçirilməsi, internet üzərindən və sosial şəbəkələrdə yayılması maddələri ilə günahlandırılıb. Keçmiş meri 5 ildən 10 ilədək həbs cəzası gözləyirdi.