Tərxis olunmuş gənclərlə görüş - Foto

terxis-olunmus-genclerle-gorus
Oxunma sayı: 1271

Bu gün Nizami Rayon İcra Hakimiyyətində Silahlı Qüvvələrdən və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunmuş gənclərlə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak edib.

Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Müstəqil Azərbaycan Ordusunda xidmət etməyin hər bir gəncin müqəddəs borcu olduğunu qeyd edərək, hərbi xidmətlərini başa vuraraq doğma ailələrinə qayıdan gəncləri təbrik edib və onların valideynlərinə gözaydınlığı verib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi, polkovnik-leytenant Kənan Məmmədov tərxis olunanları təbrik edərək, onlar haqqında məlumat verib.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vurmaları münasibətilə bir daha təbrik edərək onlara hərbi bilet və hədiyyələr təqdim edib.