Tətil başladı, avtovağzalda sıxlıq yarandı - Fotolar

tetil-basladi-avtovagzalda-sixliq-yarandi
Oxunma sayı: 1840

Bayram günləri münasibətilə verilən 5 günlük tətilin başlası ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində ciddi sıxlıq müşahidə olunur. 

“Qafqazinfo” xəbər verir ki, sərnişinlər avtobus azlığından şikayətçidirlər. Qeyd edilir ki, avtovağzalda şimal bölgələrinə getmək üçün nəqliyyat vasitəsi çatışmazlığı yaşanır. 

Xatırladaq ki, iyunun 13-dən 20-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.