Tiflisdə azərbaycanlıların restoranında dava, 3 yaralı

tiflisde-azerbaycanlilarin-restoraninda-dava-3-yarali
Oxunma sayı: 803

Tiflisin mərkəzində yerləşən azərbaycanlılara aid “Ağa” restoranında dava olub.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, insident nəticəsində üç nəfər yaralanıb. Yaralılardan biri xəstəxanaya yerləşdirilib. Baş verənlərə görə bir nəfər saxlanılıb. 

Faktla bağlı “bilərəkdən sağlamlığa yüngül xəsarət yetirmək” maddə ilə cinayət işi açılıb.