Torpaq üstündə əmisini bıçaqladı

torpaq-ustunde-emisini-bicaqladi
Oxunma sayı: 645

Trend xəbər verir ki, hadisə Masallı rayonunun Musaküçə kəndində baş verib. 27 yaşlı Rahid Rzayev, əmisi Maqsud Rzayevdən pay torpaq almaq üçün, onların yaşadığı evin həyətinə gəlib. Rahid Rzayev əmisini inandırmağa çalışıb ki, ondan alacağı pay torpaqda sex tikmək istəyir və halal pul qazanmaq niyyətindədir. Əmi Maqsud Rzayev, qardaşı oğluna bildirib ki, onun da öz övladları var və ona məxsus olan torpaq da övladlarınındır. Bundan sora qardaşoğlu və əmi arasında münaqişə yaranır.

Qarın böşluğundan xəsarət alan Maqsud Rzayev, dərhal yaxınları tərəfindən Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisəni törədən Rahid Rzayev saxlanılaraq, Masallı Rayon məhkəməsinin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılan Rahid Rzayev subaydır və o bir dəfə Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb. Hazırda onun digər cinayətlərdə də əlinin olub olmaması araşdırılır.