Torpaq üstündə mübahisə qanla bitib - 10 ölü

torpaq-ustunde-mubahise-qanla-bitib
Oxunma sayı: 641

Braziliyanın Para ştatında polisin keçirdiyi əməliyyat nəticəsində 10 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Braziliyanın İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

“Folha de Sao Paulo” portalının məlumatına görə, polis torpaq üstündə mübahisə zamanı öldürülmüş ferma gözətçisinin qətlində şübhəli bilinən şəxsi saxlamaq üçün əməliyyat keçirib. Ancaq güclü müqavimətlə qarşılaşıb. Nəticədə biri qadın olmaqla 10 nəfər öldürülüb.

Bundan əlavə polis həmçinin torpağın mülkiyyət hüququ ilə bağlı məhkəmə qərarını icra etməli olub.

Braziliyada torpaq üstündə münaqişələrin baş verməsi adi hala çevrilib. Polis bunu iri torpaq sahiblərinin xırda kənd təsərrüfatı sahibləri və onların torpaqları üzərində nəzarəti əldə etmək istəməsi ilə əlaqələndirir. Braziliyada torpaq mübahisələri səbəbindən 2016-ci ildə 61 ölüm hadisə qeydə alınıb.