Tovuzda “KamAZ” aşdı - Yol 2 saat bağlı qaldı +Fotolar

tovuzda-kamaz-asdi
Oxunma sayı: 1577

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Məhərrəmov Əsgər Əşrəf oğlunun idarə etdiyi mişar daşı ilə dolu "KAMaz" markalı yük maşını Tovuz- Qalaboyun yolunda idarəetmədən çıxaraq aşıb, sürücü isə özünü maşından atıb.

Nəqliyyat vasitəsinin yanacaq çəni də deşilib. Dizel yanacağı yola dağılıb, lakin heç bir yanğın hadisəsi baş verməyib. Rayon mərkəziylə 9 kəndi birləşdirən əsas yol iki saatadək bağlı qalıb. Bu isə tıxacın yaranmasına səbəb olub. Əraziyə başqa yük maşını cəlb olunub, yüklər yoldan yığılıb. "Kamaz" isə qaldırıcı kranla yoldan götürülüb. Hadisə zamanı sürücü xəsarət almayıb.

Elmar Əli