Toydan 3 gün sonra özünü asmaq istəmişdi...

toydan-3-gun-sonra-ozunu-asmaq-istemisdi
Oxunma sayı: 3113

Ağstafa rayonunun Poylu kəndində intihar hadisəsi baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü rayon sakini Elçin Ədalət oğlu Nəbiyev özünü yaşadığı evdə asaraq öldürüb. 

Məlumata görə, E.Nəbiyev 2013-cü ildə ailə həyatı qurub. Lakin, toyundan üç gün sonra özünü asaraq intihara cəhd edib. 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.