“Toylarda Elza oxuya bilmədi, mikrofonu mənə verdilər”

toylarda-elza-oxuya-bilmedi-mikrofonu-mene-verdiler
Oxunma sayı: 2562

Ötən həftəsonu “Azərbaycanın səsi” layihəsinin jürisi, əməkdar artist Elza Seyidcahanla sözügedən yarışmanın iştirakçısı Aygün Məmmədli arasında qalmaqal yaşanıb. “Qafqazinfo”nun məlumatına görə, o, Xalq artisti Nazpəri Dostəliyevanın tələbəsinin ünvanına ağır sözlər deyib, iştirakçının efiri çadır toyu ilə səhv saldığını qeyd edib.

Sözügedən qalmaqaldan sonra A. Məmmədli “Qafqazinfo”ya açıqlama verərək sözügedən mübahisəyə aydınlıq gətirib: “Elza xanım neçənci dəfədir ki, məni çadır toylarının müğənnisi adlandırır.  Bir yox, bir neçə çadır toylarında Elza xanımı görmüşəm. Oxuya bilməyib, mikrofonu əlindən alıb mənə veriblər ki, məclisi davam edim. Və Elza xanımı həmin toydan bayıra çıxarıblar.

Efirdə deyir ki, ATV-nin həyətində qalmışdı, o, maşını ilə evə yola salıb. Mənim öz maşınım, sürücüm var. Həmin günü məqsədli şəkildə məni avtomobilinə əyləşdirdi ki, mahnılarını satsın. Maşında belə bir söhbət olub. Hətta dedi ki, səsin gözəldir, səhnəni də yaxşı ələ alırsan. Deyir tənqid edirəm ki, inkişaf edəsən. Mən onun sözləri ilə püxtələşmərəm, gedib özü püxtələşsin. Müəlliməmin fikirləri mənə bəs edir”.